image-img-20211115-wa0033backend

Könül Nurullayeva Nizami rayonunun qaziləri ilə növbəti görüşünü keçirib

image-reklam_sirab_01

Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonundan olan qazilərlə görüş keçirib. Görüşdə çıxış edən millət vəkili haqq savaşında Azərbaycan xalqına qələbəni gətirən ən önəmli faktorların Ali Baş Komandanın “Dəmir yumruğu”, ordumuzun yüksək döyüş ruhu və əzmkarlığı olduğunu qeyd edib. Həmçinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə xalqımızın birlik və həmrəylik nümayiş etdirdiyini, düşmənə sarsıdıcı zərbələr endirdiyini xüsusilə vurğulayıb. Azərbaycan xalqının mübariz oğullarının şücaətini isə hər zaman yüksək qiymətləndirdiyini bildirən deputat K.Nurullayeva, eyni zamanda məişət problemlərini səsləndirən qaziləri dinləyib, müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Sonda isə görüş iştirakçıları olan qazilər müharibədən sonrakı dövrdə daim dövlətin qayğısı ilə əhatə olunduqlarına görə başda Prezident İlham Əliyev olmaqla aidiyyəti orqanlara minnətdarlıqlarını ifadə ediblər.
Nəzərinizə çatdıraq ki, görüşdə iştirak edən qazilər sırasında çavuş Həsənov İsa Rüfət oğlu, Abdullayev İlkin Mübariz oğlu, mayor Əmirəliyev Nicat Kərəməli, baş leytenant Orucov Xəqani Qurban oğlu, Şimalov Eşqin Müsafir oğlu, Məmmədov Niyazi Niyaz oğlu, gizir Rəsulov Elvin İttifaq oğlu və Xanməhəmmədov Umud Ravil oğlu yer almışdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki