image-c85625ef-857c-3713-98e5-77263e1849d7_850backend

Körfəz ölkələri OPEC+un neft hasilatını azaltmaq qərarını dəstəkləyib

image-reklam_sirab_01

Küveyt, Bəhreyn, Oman və İraq OPEC+ sazişində iştirak edən ölkələrin neft hasilatını azaltmaq qərarını dəstəkləyiblər.

Bu barədə KUNA dövlət xəbər agentliyi məlumat yayıb.

Küveyt Milli Neft Şirkətinin (KNPC) baş direktoru Şeyx Navaf Səud əl-Sabah dövlətin istehsalçılar və istehlakçılar arasında maraqlar balansını saxlamaq istəyini təsdiqləyib və birləşmə qərarını alqışlayıb.

İraqın dövlət neft şirkəti SOMO hesab edir ki, OPEC+un qərarları iqtisadi göstəricilərə əsaslanır və peşəkar, obyektiv və yekdilliklə qəbul edilir.

Omanın Enerji və Təbii Sərvətlər Nazirliyi bildirib ki, OPEC+un qərarları yalnız bazarda tələb və təklifin reallıqlarına əsaslanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki