image-a860f6b1-08aa-3488-9f45-995cd582b572_850backend

Koronavirusa sutkalıq yoluxma 7 minə çatır

image-reklam_sirab_01

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Veteninfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 nəfər vəfat edib. 30 807 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797, bu günə qədər isə ümumilikdə 6 191 130 test icra olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki