Kosovo prezidenti Vjosa Osmani həftə sonu Kosovonun şimalında bir polis və üç yaraqlının ölümü ilə nəticələnən atışmada Serbiya və Serbiya prezidenti Aleksandr Vuçiçi günahlandırıb.
Vətəninfo.az xəbər verir ki, Osmani Reuters agentliyinə deyib: “Kosovo hücuma məruz qalır. “Silahlı qrup sadəcə bir ölkə kimi Serbiyanın və lider kimi Vuçiçin niyyət və motivlərini həyata keçirdi”.
30-a yaxın ağır silahlı serbdən ibarət qrup bazar günü Kosovonun etnik serblərin çoxluq təşkil etdiyi bölgəsində kəndə basqın edərək, polis patrulunu pusquya salıb və yaxınlıqdakı pravoslav monastırına sığınıb. Qrupla polis arasında baş verən ölümcül atışmada bir Kosovo polisi və üç yaraqlı öldürülüb. Digər iki yaraqlı həbs edilib, qalanları isə qaçıb.