image-1backend

Kubik-rubik üzrə milli çempionat təşkil olunub

image-reklam_sirab_01

Azərbaycan Kub Assosiasiyasının ( AKA ) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) təşkilatçılığı ilə kubik-rubik üzrə milli çempionat keçirilib.
Çempionatın təşkilatçıları Əli Əliyev, Aslan Kazımov, Ayan Məmmədli, Elmir Mirzəyev, Həbibə Abdullazadə, İsmayıl Əsədov, Cavid Nəbizadə, Seyran Məmmədov və Əli Mehdizadədir.
Yarışa 7-25 yaş aralığında olan 51 nəfər qatılıb. Ölkəmizlə yanaşı, Rusiya, Cənubi Koreya, Kipr, İran və Qazaxıstandan olan gənclər 14 kateqoriya üzrə rəqabət aparıblar. Yarışda müxtəlif kateqoriyalar üzrə yeni ölkə rekordlarına imza atılıb. 4x4x4 kateqoriyası üzrə Cavid Nəbizadə 36.16 saniyə ortalama ilə, piraminks kateqoriyası üzrə Məhəmməd Mehdi Həsənov 3.93 saniyə ortalama və 2.44 saniyə ilə ən tez həll, meqaminks kateqoriyası üzrə Tamerlan Əfəndiyev 1:30.05 saniyə ortalama və 1:22.79 saniyə ilə ən tez həll rekordunu yeniləyiblər. Həmçinin gözü bağlı kateqoriyasında Kiprli iştirakçı Petr Valov 6:39.16 saniyə ilə Kipr üzrə ən tez həll rekordunu təzələyib. Yarışın 3x3x3 kateqoriyasında 9.49 saniyə ortalama ilə Cavid Nəbizadə birinci yerə, 10.46 saniyə ortalama ilə Fazil Quliyev ikinci və 10.84 saniyə ortalama ilə Rəsul Ağababayev üçüncü yerə layiq görülüb.
Yarışın sponsorları və partnyorları siyahısına “Sağlam Düşüncə” Gənclər Təşkilatı, “Studio Fikomiks”, “SpeedCubeShop”, “NexCube”, “Starbucks” və “Goal Plus” daxildir.
Hər bir kateqoriyanın ilk üç yerinin qalibləri medallar, sertifikatlar və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

image-img-20231122-wa0024 image-img-20231122-wa0022 image-img-20231122-wa0023 image-img-20231122-wa0020 image-img-20231122-wa0021 image-img-20231122-wa0018 image-img-20231122-wa0019 image-img-20231122-wa0016 image-img-20231122-wa0014 image-img-20231122-wa0015 image-img-20231122-wa0012 image-img-20231122-wa0013 image-img-20231122-wa0010 image-img-20231122-wa0011 image-img-20231122-wa0009


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image