image-2backend

Küçəyə atılan alimin kirayə haqqını Heydər Əliyev Fondu ödəyəcək

image-reklam_sirab_01

Bir neçə gündür küçədə gecələyən professor Fazil Qaraoğlu ilə bağlı məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Vətəninfo.az-ın məlumatına görə, Fonddan “qafqazinfo”ya bildirilib ki, alimin 1 illik kirayə haqqı Fond tərəfindən ödəniləcək.

Xatırladaq ki, Ankaranın Gazi Universitetində çalışan F.Qaraoğlu Bakıya qayıtdıqdan sonra 17 il paytaxtda kirayədə yaşayıb. Bir neçə gündür ki, kirayə haqqını ödəyə bilmədiyi üçün evindən çıxarılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki