image-67a1fbee-10a1-32cd-840b-60252ad6a9bf_850backend

“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

image-reklam_sirab_01

İspaniyanın nüfuzlu “Marca” qəzeti “Qızıl top” mükafatını qazanacaq oyunçuların adlarını öncədən açıqlayıb.

Sözügedən mükafatın sahibi, eləcə də ilin ən yaxşı qapıçısı və dünyanın ən yaxşı gənc futbolçusu nominasiyalarında qaliblərin adları ilə bağlı özəl məlumatlar əldə olunub.

Belə ki, “Qızıl top”un sahibi gözlənildiyi kimi Fransa millisinin və “Real Madrid”in hücumçusu Kərim Benzema olacaq.

Məşhur qapıçı Lev Yaşinin adını daşıyan “İlin qapıçısı” nominasiyasının qalibi “Real”ın “çərçivə qoruyucusu” Tibo Kurtua olacaq.

“Barselona”nın yarımmüdafiəçisi Qavi ilin ən yaxşı gənc futbolçusu seçiləcək.

Xatırladaq ki, “Real Madrid” UEFA Çempionlar Liqasının hazırkı qalibidir. “Kral klubu” ötən mövsümün finalında “Liverpul”u 1:0 hesabı ilə məğlub etmişdi.

Əlavə olaraq qeyd edək ki, “Qızıl top” mərasimi bu gün, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki