Bu ilin ilk 2 ayı ərzində Azərbaycandan xaricə ümumi dəyəri 43,12 min dollar olan 705,6 min ədəd toyuq yumurtası ixrac edilib.
Vətəninfo.az-ın açıqlanan rəsmi məlumatlara istinadən verdiyi xəbərə görə, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6,1 sent (10,4 qəpik) olub.
Məlumat üçün qeyd edək ki, ixrac olunan yumurtanın hamısı fevral ayında göndərilib. Yanvar ayında Azərbaycandan xarici ölkələrə yumurta ixrac olunmayıb.
Qeyd edək ki, bu ilin fevral ayında ixrac edilən yumurta yalnız Birləşmiş Ərəb Əmirliklərinə göndərilib. Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycanın daxili bazarında 1 ədəd toyuq yumurtasının pərakəndə satış qiyməti 20 qəpikdən baha olub.


























