image-1backend

Mask İsrail prezidenti ilə görüşəcək?

image-reklam_sirab_01

Amerikalı iş adamı və X sosial şəbəkəsinin sahibi İlon Mask noyabrın 27-də İsrailə gələcək və orada prezident Yitzhak Hersoq ilə görüşəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Hersoqun ofisinə istinadən Reuters xəbər verir.

Maskın prezidentlə görüşü bazar ertəsi baş tutacaq. Qohumları Qəzzada Həmas tərəfindən əsir götürülən israillilər də iştirak edəcək.

Onun ofisindən bildirilib ki, görüş zamanı Hersoq “onlayn rejimdə artan antisemitizmlə mübarizə aparmaq üçün fəaliyyətin zəruriliyini” vurğulayacaq.

Bundan əlavə, Mask baş nazir Benyamin Netanyahu ilə görüşməyi və Fələstinin HƏMAS qruplaşmasının hücumundan zərər çəkmiş Qəzzada sərhəd yaşayış məntəqələrini ziyarət etməyi planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki