image-1backend

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

image-reklam_sirab_01

Mayın 6-da mədəniyyət naziri Adil Kərimli Quba rayonunda vətəndaşları qəbul edib.

Nazirlikdən Vətəninfo.az-a verilən xəbərə görə, qəbuldan əvvəl nazir və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ümummilli liderin Quba şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Sonra mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə nümayiş etdirilən Quba, Qusar və Xaçmaz uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir.

Görüşlərdə sakinlərin problem və təklifləri yerində dinlənilir, məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır. (apa)

image-2 image-3 image-4 image-6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki