Medianın İnkişafı Agentliyi (MEDİA) Əməkdar jurnalist Nair Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Agentlik paylaşım edib:
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – paylaşımda bildirilib.
Qeyd edək ki, Əməkdar jurnalisti Nair Əliyev bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.