Oktyabrın 23-də Meksikanın cənubundakı Gerrero ştatında silahlı qrupun hücumu nəticəsində azı 13 polis əməkdaşı həlak olub.
Vətəninfo.az xəbər verir ki , bu barədə “Formula” radiostansiyası məlumat yayıb.
Qeyd olunur ki, hücum Akapulko-Zihuatanexo federal magistral yolunda baş verib. Ən azı iki polis yaralanıb. Hücum edənləri axtarırlar.


























