image-1backend

Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişdi

image-reklam_sirab_01

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib.

Vətəninfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:

– Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

– Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

– Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

– Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.

Qeyd edək ki, Komissiyanın sədri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, müavini isə müdafiə nazirinin müavinidir. Komissiyanın digər üzvləri aşağıdakılardır:

– Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

– Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

– Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

– Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

– Azərbaycan Respublikası təhsil nazirinin müavini

– Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

– Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki