image-reklam-veteninfo
image-1787909981_wxmlktxv_largebackend

Məşhur blogger evində ölü tapıldı

image-reklam-veteninfo

Abxaziyadan olan və daha sonra Gürcüstana köçərək bu ölkənin vətəndaşlığını alan tanınmış bloqçu Daur Buava Tbilisidəki mənzilində ölü tapılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın TV Pirveli telekanalı məlumat yayıb.

Bildirilib ki, sosial mediada geniş izləyici auditoriyasına malik olan Buava Gürcüstanın ərazi bütövlüyünü müdafiə edən videoları ilə tanınırdı.

Məlumata görə, 2015-ci ildə Rusiya hüquq-mühafizə orqanları bloqçunu “qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək və saxlamaq” ittihamı ilə axtarışa verib.

Daur Buava 2023-cü ildə Avropa Parlamentində keçirilən “Cənubi Qafqazda sabit sülh” mövzusunda debatda da çıxış edib. O, çıxışı zamanı Rusiyanı Abxaziyadakı müharibəni təhrik etməkdə ittiham edib.
Bloqçunun ölümünün səbəbləri ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki