image-1backend

Metroda boru zədələndi – Su stansiya yoluna doldu

image-reklam_sirab_01

“Həzi Aslanov” stansiyasının xidməti otaqlarından birində su xətti borusu zədələnib. Dərhal stansiyaya daxil olan əsas su xətti bağlanıb.

Bu barədə Vətəninfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd edilir ki, suyun tavan hissədən stansiya yoluna sızması nəticəsində sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyinə xələl gəlməyib.

“Qatarlar hərəkət qrafikinə uyğun intervallar saxlanılmaqla hərəkət edib. Qısa müddətdə yaranmış problem aradan qaldırılıb və suyun verilməsi bərpa olunub”, – məlumatda bildirilir.

Qeyd edək ki, “Bakı Metropoliteni”nin Həzi Aslanov stansiyasında qatar xətlərinin üzərinə su axması ilə bağlı görüntülər yayılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki