image-1backend

Metropoliten vakansiya elan etdi

image-reklam_sirab_01

Bakı metropoliteni qatar maşinisti peşəsinə seçim elan edir

Vətəninfo.az metropolitenə istinadən xəbər verir ki, ərizələr aprel ayının 22-dək qəbul edilir

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini elan edir.
Əsas tələblər:
• yaşı 24-30 arasında olan kişilər və qadınlar;
• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
• kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6-7 ay davam edəcək.

İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına, mütləq qaydada, “maşinist” qeyd olunmalıdır.
Elektron ərizələr 2024-cü il aprel ayının 8-dən 22-nə qədər qəbul edilir.

Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq xanada “maşinist” qeydi olmayan ərizələr CV bankına daxil olmur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki