image-fb_img_1619892430992backend

Millət vəkili: Bax budur,dünyada ikili mövqeyin təzahürləri”

image-reklam_sirab_01

“Dünyanın güclü dövlətləri xüsusi ilə Avropa ölkələri bəzi PASSOVET ölkələrinə qarşı münasibət də ikili mövqe göstərirlər. 28 – 30 il zəbt olunmuş torpaqlarımızin azad olunması sahəsində Ermənistan ölkəsinə heç bir təsir və təzyiq göstərməmisdir”.

Veteninfo.az xəbər verir ki, bu fikirləri illət vəkili Cavanşir Paşazadə bildirib.Millət vəkili vurğulayıb ki, əksinə bəzi hallarda haqsız müdafiə rolunu oynamışlar. Öz gücümüzə azad olunmuş torpaqlarda basdırılmış minalarin xəritəsinin Ermənistan tərəfindən Azərbaycana təqdim edilməsinə iri dövlətlər yenə də gözləmə mövqeyində qalmışlar: “Halbuki müharibə bir müddətdirki başa çatıb. Dünya ölkələri və onların xalqları arasında sülh , dostluq , əməkdaşlıq yaratmaq əvəzinə , zorakılıq , qarşıdurma , səbəbsiz ölümlərin yaranmasına bir növ sehr etme mövqesində dururlar. Son bir həftədə Tacikistan və Qırğızıstan sərhədlərində baş vermiş ilkin hərbi toqquşmada 40 nəfərdən çox insanlar həlak olmuşdur. Lakin həmin güc ölkələri yenədə müşahidəçi mövqedə dayanaraq bir növ onun dərinləşməsini gözləyirlər. Bax budur , dünyada ikili mövqeyin təzahürləri”.

Veteninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki