image-img-20210805-wa0068backend

Milli Məclisin sədri Sahibə Qafarova İran Prezidentinin andiçmə mərasimində iştirak edib

image-reklam_sirab_01

Veteninfo.az xatırladır ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.
Avqustun 5-də nümayəndə heyətimiz İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edib. İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

image-img-20210805-wa0067
Qeyd edək ki, iyunun 18-də İranda növbəti prezident seçkiləri keçirilib. Seyid İbrahim Rəisi 61,9 faiz səslə prezident seçkilərində qalib elan olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki