image-062300034780backend

Mkrtçyan və Xosrovyanın işi üzrə məhkəmədə şahidlər və təqsirləndirilən şəxslərdən biri çıxış edib

image-reklam_sirab_01

İyunun 23-də Bakının Yasamal rayon məhkəməsində Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsir və girovlara işgəncə verməkdə və onları ələ salmaqda ittiham olunan Mkrtıçyan Lyudvik və Xostovyan Alyoşanın işi üzrə proses davam edib.

Bugünki proses şahid ifadələri ilə davam edib, onlar təqsirləndirilən şəxslər tərəfindən işgəncəyə məruz qaldıqlarını təsdiq ediblər.

Müttəhim Alyoşa Xosrovyan öz ifadəsində təqsirini qismən boynuna alıb, Azərbaycan sərhədini qanunsuz keçdiyini qəbul edib.

Məhkəmə prosesi iyunun 30-da davam etdiriləcək, Xosrovyan ifadə verməyə davam edəcək.

Xatırladaq ki, Lyudvik Mkrtıçyan 2020-ci il oktyabrın 20-də Füzuli rayonunda saxlanılıb. Alyoşa Xosrovyan da Qarabağda Azərbaycan hərbiçiləri tərəfindən saxlanılıb. Hər ikisinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunsuz silahlı birləşmə yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və s. maddələri ilə ittihamlar irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki