Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin qonağı olub. Verilişdə Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan multikultural ənənələr və tolerant dəyərlər mövzusunda geniş müzakirə aparılıb.