image-1628222373_misir-pulu-lqbt-simvolubackend

Müsəlman ölkəsinin yeni pullarında homoseksualların rəmzi… – RƏZALƏT!

image-reklam_sirab_01

Hazırlaşın:  koronavirusla, qondarma geyim, yemək-içmək və əyləncələrlə başımızı qatıb “mavi”lərin, geylərin, lesbiyanların insanlıq üzərində demokratik(!) hakimiyyətini qururlar…

Yeni Misir  funtu əskinasları sosial mediada qəzəbə səbəb olub. İstifadəçilər üzərlərində qeyri-təbii cinsi oriyentasiya simvolu olan göy qurşağı rəngli su nişanlarını(işığa tutduqda görünən) görüblər.

Veteninfo.az xəbər verir ki, “TRT” bu barədə ərəb mənbələrinə istinadla məlumat yayıb.

Göy qurşağı 20 funtluq banknotlarda mövcuddur.
“Üzərində geylərin bayrağı olan 20 funtluq, digər yüzlərlə görkəmli məscidimiz və tarixi yerimiz olduğu halda Əbdül-Fəttah əs-Sisi məscidinin əksi ilə 10 funtluq!” – deyə Misirli “Tvitter” istifadəçilərindən biri qəzəblənib.

“Bu, böyük bir qalmaqal və günahdır! Hökumət, Mərkəzi Bank, əlaqədar nazirliklər əskinaslarımızda homoseksualların bayrağının məscidin üzərinə yerləşdirilməsi ilə bağlı rüsvayçı hərəkətə görə məsuliyyət daşıyırlar” – deyə müsəlman istifadəçi əlavə edib.

Misir Mərkəzi Bankından tənqidlərə cavab olaraq əskinasların dizaynının ilkin olduğunu və onların noyabr ayında dövriyyəyə buraxılmadan öncə dəyişdirilə biləcəyi bildirilib.

Təəssüf ki, Misirin dünyəvi qanunlarına görə, sodomiya, yəni kişinin kişi ilə cinsi əlaqəsi cəzalandırıla bilən bir əməl hesab edilmir. Bununla belə, əksəriyyəti müsəlman olan Misir cəmiyyəti “LGBT” simvolizmini cəmiyyətdə sodomiya və əxlaqsızlığın populyarlaşması hesab edir…
“Pew Research Center”  Araşdırma Mərkəzinin 2013 -cü ildə keçirdiyi sorğuya görə, misirlilərin 95% -i homoseksuallığın cəmiyyət tərəfindən qəbul edilməməli  olduğunu düşünür…/Moderator.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki