image-img_20210728_154155_470backend

Naxçıvan atəşə tutulub-SON DƏQİQƏ

image-reklam_sirab_01

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Veteninfo.az xəbər verir ki, avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki