image-2backend

Nazir əməliyyat müvəkkilini rəis təyin etdi

image-reklam_sirab_01

Yalçın Ağabəy oğlu Abidov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu stansiyasında xətt Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi təyin edilib.

Vətəninfo.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən şöbənin Cinayət-axtarış bölməsinin rəisi Xəyal Qasımov vəzifəsindən azad olunaraq, eyni şöbənin İctimai-təhlükəsizlik qrupunun rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Y.Abidov bundan öncə Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki