image-01-esas-kopyabackend

Nərimanovda Ulu öndərə həsr olunmuş xatirə tədbiri keçirildi

image-reklam_sirab_01

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının  99-cu ildönümünə həsr olunmuş “Ata vəsiyyətinin təntənəsi” adlı xatirə tədbiri keçirilib.

Rayon rəhbərliyi, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan video çarx nümayiş olunub. Dövlət Xor Kapellasının ifasında Azərbaycan Himninin səsləndirilməsi tədbirə xüsusi rəng qatıb.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikası Milli məclisinin sədr müavini Adil Əliyev və digər natiqlər çıxış edərək bildirmişdirlər ki, biz çox xoşbəxt xalq, xoşbəxt millətik ki, Heydər Əliyev kimi Ulu Öndərimiz və Müzəffər Ali Baş Komandan kimi rəhbərimiz var. Onlar həmçinin,qəlbi daim Vətən sevgisi ilə döyünən, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixində rolu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər barədə ətraflı məlumat verdilər.

Tədbirdə o cümlədən, Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndirildi. Görüş səmimi xatirələr,  maraqlı müsiqi kompozisiyaları ilə yadda qaldı.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki