image-01-5-4backend

Nəsimi rayonunda 8 noyabr-Zəfər günü münasibətilə Zəfər bağında tədbir keçirilib.

image-reklam_sirab_01

Nəsimi rayonunda 8 noyabr – Zəfər günü münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq  rayon ərazisində yerləşən “Zəfər bağı”nda tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayondan seçilmiş millət vəkilləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

İlk olaraq Vətən Müharibəsində həlak olan Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra tədbir iştirakçıları xatirə kompleksinin önünə əklil və gül-çiçək dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirin sonunda Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbinin xor dərnəyinin üzvlərinin ifasında “Ey Vətən” mahnısı ifa olunub.

Sonra  “Zəfər bağı”nda ağacəkmə aksiyası keçirilib. Aksiyada şəhidlərin xatirəsinə ağaclar əkilib, mövcud ağaclar və yaşıllıqlara qulluq göstərilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki