image-360110_res_01backend

Nobel prospektinin adı dəyişdirildi

image-reklam_sirab_01

Bakının Nobel prospektinin adı dəyişdirilib. Prospekt bu gündən “8 noyabr” adlandırılıb.

Veteninfo.az məlum olub ki, müvafiq qərar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilib.

Qeyd edək ki, prospektin adının dəyişdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin elə Nobel prospektində yerləşən Hərbi Qənimətlər Parkının açılışında iştirakı ilə üst-üstə düşüb.

Xatırladaq ki, Nobel prospekti Bakının ən uzun və ən mühüm nəqliyyat arteriyalarından biridir. Bu istiqamətdə çoxlu sayda avtobus marşrutları çəkilib. Prospekt şəhərin sənaye və yaşayış rayonlarını mərkəzlə birləşdirir. Prospektin uzunluğu da artıb.

Prospekt öz yeni adını Vətən müharibəsində Qələbə Günü şərəfinə alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki