image-reklam-veteninfo
image-photo-2022-03-17-11-57-47-6backend

Novruz  adətləri

image-reklam-veteninfo

 

Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramın da süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu hal da süfrədən gü-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər.

Novruz bayramı mərasimi icra edilən şənlik və bəzi adətlərdən danışmaq lazımdır. Bu adətlər çərşənbə axşamı və xüsusi ilə axır çərşənbə axşamı mərasimində qabarıq şəkildə əks etdirilir. Bu mərasimdə əsas yeri odla əlaqədar adət və ayinlər tutur.

Novruz adətlərində ulu babalarımızın ən müdrik dünyagörüşü-humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir. Novruz adətləri aşağıdakılardır:

Novruza hazırlıq görərlər, həyət-bacanı təmizləyərlər. Novruzda evləri şirələyər, paltar-palazı təmiz suya çəkərlər. Novruza qədər ağacların dibini bellərlər, ağacların quru budaqlarını kəsib atarlar. Novruzda səməni göyərdərlər, səməni halvası bişirərlər, niyyət eləyərlər. Novruz süfrəsi açarlar. Novruzda tonqal yandırarlar. üzərrik yandırıb tüstüsünü mal-qaraya, oğul-uşağa, ev-eşiyə verərlər, təzə paltar alarlar,  qız-gəlini təzə donla sevindirərlər, ox atmağa hazırlaşarlar. Novruzda at çapmağa tədarük görərlər, şənliklərə gedərlər, Novruz xonçası bəzəyərlər, Novruzda yumurta boyayarlar.

Axır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən atlanarlar.

tonqal yandırarlar, qorxanların başından su töküb qorxuluğu alarlar, kəlin buynuzuna qırmızı bağlarlar. Axır çərşənbədə evdən pul verməzlər, qonşuya ələk verməzlər, günü borc un verməzlər. Axır çərşənbə günü şam yandırarlar, şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırarlar. Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər, evdən ağartı verməzlər, zahı üstünə getməzlər, evdən çörək verməzlər, gecəsi tez yatmazlar. Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.

Novruzda noğul, şəkər düzəldib süfrəyə qoyarlar, qoz, fındıq alar, xonçaya və ya süfrəyə qoz ləpəsi ilə armud qaxı qoyarlar, səməni göyərtmək düşməyən evə səməni apararlar,  damlarda çalğı düzəldərlər, qız seçməyə çıxarlar. Novruzda küsülü qalmazlar, qohum-qardaş yığışıb qonaq gedərlər,  nişanlı qıza bayram payı apararlar. Novruz günü ata-ananın qəbrini ziyarət edərlər. Hər bir gəncin bilməli olduğu əsas adətlər isə bunlardır:

1.Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar. İçinə ləziz şeylər qoyardılar.
2.Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilməsə, təəssüf ki, arzu yerinə yetirilməyəcək.
3.Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”. Bu, bizim millətin oda sitayişinin bariz nümunəsidir.
4. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir. Ona görə səməni xonçaları bəzəyi olub ta qədimlərdən.
5.Yumurta döyüşdürmək. Oyunun nəticəsində asılı olaraq, tərəflərdən biri, yəni uduzan digərinin tələblərini yerinə yetirirdi.
6. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar. Bu da mehribançılığın, doğmalığın əsas əlamətidir.
7. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.

8.Yallı getmək. Bu rəqs Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi birlik rəqsdir. Yəni bu rəqsin mənası insanların birliyidir.

 

Abdullayeva Aytən Nəsimu rayon sakini

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki