image-1backend

Ödənişsiz saatlarda sürücülərdən niyə pul yığılır? — “AzParking”in daha bir qanunsuzluğu…

image-reklam_sirab_01

“AzParking” tərəfindən avtomobil yollarında təşkil olunan dayanacaqlarda həftəiçi müəyyən saatlardan sonra və bazar günü parklama pulsuzdur. Amma yenə də parklamaya nəzarət edən kənar şəxslər iş başındadırlar və sürücülərdən ödəniş tələb etməyə davam edirlər. Sürücülər pulsuz parklama saatlarında avtomobillərində park etsələr də müəyyən qədər məbləğ verməli olurlar. Bu barədə sosial şəbəkələrdə də narazılıqlara rast gəlmək olur. 

Məsələyə nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında münasibət bildirib.

E.Cəfərov bildirib ki, “AzParking”in dövlətin balansında təşkil etdiyi avtomobil yollarındakı parklama yerləri müvafiq qaydalara uyğun tənzimlənir:

“Parklamaya qanunsuz nəzarət edən şəxslər yenidən peyda olubsa, vətəndaşlar onlara hər hansı məbləğ verməyə borclu deyillər. Vətəndaşlar bilməlidirlər ki, dövlətin təşkil etdiyi parklama yerlərində ödəmələr nağdsız qaydada həyata keçirilir. Qanunsuz parklama təşkil edən hüquqi şəxslər də, fiziki şəxslər də artıq cinayət məsuliyyətinə cəlb olunurlar. Hətta, onları qısa müddətli azadlıqdan məhrum etmə kimi cəzalar da gözləyir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki