image-3backend

Ölkədə ali təhsilin keyfiyyətinin daha da yüksəlməsinə xidmət edəcək Qarabağ Universiteti

image-reklam_sirab_01

Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncamla 20 sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü elan edilib.  Xalqımızın üçün əlamətdar olan bu gün bundan sonra hər il geniş qeyd ediləcəkdir. Həmçinin Prezidentin digər Sərəncamı ilə 20 sentyabr  həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kimi qeyd ediləcəkdir. Əbədi bayram edəcəyimiz bu tarixi günə görə biz həmin tarixi öz qanları, canları ilə yazan şəhid və qazilərimizə, qüdrətli ordumuza, Müzəffər Ali Baş Komandana borcluyuq.

200 ildən artıq tarix boyunca itirdiklərimiz göz qabağındadır. Nəhayət ki, 2020-ci ilin sentyabında başlanan 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbə və ötən ilin 19 sentyabrındakı bir günlük antiterror əməliyyatından sonra ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi.

Bu gün bütün Qarabaq bölgəsində böyük işlər görülür, şəhərlər, qəsəbə və kəndlər bərpa edilir, tam yeni struktur yaradılır, yeni sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilir, məcburu köçkün düşmüş soydaşlarımız öz döğma yurdlarına qayıdırlar.

Bərpa işləri çərçivəsində ən mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri isə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması olmuşdur. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib.

Vətən müharibəsində qazanılan şanlı qələbələrimizin baş memarı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə 2023-cü ilin 19-20 sentyabrında bir günlük, cəmi 23 saat 43 dəqiqəlik antiterror tədbiri ilə əzəli düşmən tam məğlub olaraq ağ bayraq qaldırdı. 30 il düşmən tapdağı altında qalan torpaqlar azad edildi.

Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı kimi, cəmi bir sutkaya yaxın müddət ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirib. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edilib. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.

Beləliklə, şərəfli tariximizin bircə gününü əhatə edən bu tarix əslində 24 saat deyil, “əsrə bərabər gün”dür. Bu günə azı 2 əsr idi yol gəlirdi xalqımız, hər dəfə xəyanətə, düşmən məkrinə düçar olurdu, arzusu gözündə qalırdı. Nəhayət o günə şahidlik etmək bizim nəsillərin qismətinə düşdü! Ərazi bütövlüyümüz təmin edildi!

Artıq məcburu köçkünlərin döğma yurdlarına qayıdışı böyük sürətlə həyata keçirilir. Bu ərazilərdə tam yeni struktur yaradılır, şəhərlər, qəsəbələr, kəndlə, yaşayış məntəqələri bərpa edirir. Artıq bu günə kimi 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçüb. Prosses davam edir.

Sentyabr ayının 20-də Qarabağa səfəri zamanı Qarabağ Universitetinə baş çəkən və universitetin təmirdən sonra açılışını edən Azərbaycan Prezidenti İlham Əliyev bu tarixin təsadüfi olmadığını qeyd etdi: “Bu gün, eyni zamanda Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı”. Ötən ilin bu günü keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın tam olaraq öz suverenliyini bərpa etməsi, bu gün isə suverenliyini rəsmi dövlət günü kimi qeyd etdiyi bir vaxtda Qarabağ Universitetinin təhsil ilinə tam hazır olması düşmənə və onun havadarlarına mühüm mesajdır. Ölkəmiz 30 il boyunca işğalda olan torpaqlarını böyük siyasi elmlə, xüsusi ustalıqla ilk olaraq beynəlxalq aləmdə Azərbaycan əraziləri olduğunu təsdiq etdirdi. Daha sonra isə hərb elminin incəliklərinə bələd olan Azərbaycan Ordusu torpaqlarımızı düşmən caynağından azad etdi.

Sentyabrın 20-də açılışı keçirilən Qarabağ Universiteti Azərbaycanın təhsil strategiyasında əhəmiyyətli həlqəyə çevriləcək. Təmayülləşmə və müasir təhsil modellərinin tətbiqi innovativ tədris metodlarının inkişafına zəmin yaradacaq. Bu da ölkədə ali təhsilin keyfiyyətini daha da yüksəldəcək.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki