image-reklam-veteninfo
image-resize-5backend

Pakistanda məktəb damı uçdu: 31 nəfər həlak oldu 

image-reklam-veteninfo

Pakistanda özəl məktəbin damının uçması nəticəsində azı 31 nəfər həyatını itirib, 20 uşaq isə xəsarət alıb.

Vətəninfo.az xəbər verir ki, hadisə Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda baş verib.

Pakistan mediasının rəsmilərə istinadən yaydığı məlumata görə, ölənlərdən 30-u uşaq, biri isə müəllimədir. Hadisə nəticəsində 40-dan çox insanın zərər çəkdiyi bildirilir.

Paytaxt polisinin rəisi Mian Səid hadisə ilə bağlı açıqlamasında məktəbin sahibinin həbs edildiyini bildirib.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki