image-62304a6b31cdf62304a6b31ce0164733194762304a6b31cdd62304a6b31cdebackend

Parlamentin komitə sədri: “2021-ci ildə Azərbaycan 3 istiqamətdə uğurlara nail olub”

image-reklam_sirab_01

“2021-ci ilə Azərbaycan əsasən 3 istiqamətdə – işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı və bahalaşması ilə mübarizə aparıb və xeyli uğurlara nail olub”.

Veteninfo.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, hesabat ilində dünya bazarlarında enerji qiymətləri 77%, qeyri-enerji qiymətləri 20.2%, ərzaq qiymətləri isə 23.1% artıb: “Hesabat ilində ölkəmizdə ÜDM-in 5.6%, qeyri-neft qaz sektorunun 7.2%, qeyri-neft sənayesinin 18.9%, kənd təsərrüfatı istehsalının 3.4%, qeyri-neft ixracımızın 38.4%, strateji valyuta ehtiyatlarımızın 2.4 mlrd dollar artması, müsbət ticarət saldosunun 12.1 mlrd dolları ötməsi, xarici birbaşa dövlət borcunun 8.7% azalması və ÜDM-in 13.5%-ni təşkil etməsi, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılması, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq yerinə yetirilməsi, xərclərinin isə 96%-dən artıq səviyyədə icra olunmasını yüksək qiymətləndiririk”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image