image-dsc_4645backend

Paytaxt meriyasında “Müdrik siyasət və Qarabağ Zəfəri” kitabının təqdimatı keçirilib

image-reklam_sirab_01

Veteninfo.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətdən daxil olan məlumatda deyilir ki,bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında “Müdrik siyasət və Qarabağ Zəfəri” mövzusunda 2 mərhələdən ibarət referat yazı müsabiqəsi keçirilib. Əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbənin təbliği, eləcə də böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması istiqamətində görülən işlərin daha da genişləndirilməsi olan müsabiqəyə ötən ay yekun vurulub. Yekun konfransın qərarına uyğun olaraq təqdim olunan işlərdən xüsusi ilə fərqlənənləri seçilib və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən «Müdrik siyasət və Qarabağ Zəfəri» adlı nəfis tərtibatlı kitab şəklində çap edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında şagirdlərin özlərinin aparıcılığı ilə təşkil edilən təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, illər boyu erməni millətçiləri Azərbaycan torpaqlarına göz dikiblər. Bu illər ərzində xalqımıza, müsəlmanlara qarşı sözün əsl mənasında soyqırımı siyasəti yeridilib. Nəhayət ki, son 200 il ərzində ilk dəfə olaraq düşmənə öz yeri göstərildi, o kapitulyasiya aktını imzaladı.
Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda şəhər və yaşayış məntəqələrinin aktiv bərpa prossesinə başlanılıb. Bu gün Azərbaycan özünün yeni və şanlı tarixini yazır. Hesab edirəm ki, tarixçilər və gələcək nəsillər Azərbaycan lideri və sərkərdəsinin savaş günlərində qoşunları ustalıqla idarə etmək və informasiya cəbhəsində təkbaşına qalib gəlmək fenomeninin öyrənilməsini aparmalıdırlar. Bununla əlaqədar məktəbli və gənc alimlərin gələcəkdə “Azərbaycan tarixində İlham Əliyev” mövzusunda elmi-praktiki konfransın keçirilməsi təklifi aktualdır.

image-dsc_4602

Tədbirdə Milli Məclisin deputatı, professor Anar İsgəndərov, AMEA Tarix İnstitutunun şöbə müdiri Tofiq Nəcəfli, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, müsabiqənin qalibi olmuş şagirdlərdən Səbail rayonu, 7 nömrəli orta məktəbin şagirdi Ülvi Hüseynzadə və başqaları çıxış edərək müsabiqənin əhəmiyyətini qeyd etmiş, Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulamışlar.

image-dsc_4609
Müsabiqə qaliblərindən olan Nəsimi rayonu 35 nömrəli orta məktəbin şagirdi Fatimə Əsgərova çıxış edərək növbəti müsabiq\nin “İlham Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilməsini təklif etmiş, təklif razılıqla qarşılanmışdır.

image-dsc_4607
Qeyd edilmişdir ki, paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edib, onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin müsabiqələrdə 125 şagird birinci mərhələnin qalibi adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

image-dsc_4584

Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 34 nəfər şagird Bakı şəhər mərhələsində iştirak üçün vəsiqə qazanıb və onlar Bakı şəhəri üzrə keçirilən yekun mərhələdə müsabiqənin qalibi elan ediliblər.
Sonda qalib şagirdlərə sertifikatlar və yeni çap olunmuş “Müdrik siyasət və Qarabağ Zəfəri” kitabı təqdim edildi.

image-dsc_4614

image-dsc_4637

image-dsc_4645


image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki