image-1backend

Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi – FOTOLAR

image-reklam_sirab_01

Vətən Müharibəsinin başlamasından dörd il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq hər il 27 sentyabr tarixi Anım Günü kimi qeyd edilir.

Vətəninfo.az xəbər verir ki, bu əlamətdar tarixi hadisə ilə əlaqədar Penitensiar xidmətin Baş idarəsində tədbir keçirilib.

Mərasimdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edən ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın hərbi-siyasi yolla azad edildiyini və bu böyük Zəfər sayəsində tarixi ədalətin bərpa olunduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz siyasi iradəsi, xalq, Ordu və Dövlət birliyi nəticəsində qazanılan Zəfər həm hərbi, həm də diplomatik müstəvidə ən mühüm qələbə kimi tarixə yazılıb. “44 günlük Vətən müharibəsinin davamı olaraq lokal xarakterli antiterror tədbirləri ölkə ərazisində suveren hüquqlarımızın bərpa olunması ilə nəticələnib. Nazir müavini ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş əsgər və zabitlərimizə, canlarını fəda etmiş bütün şəhidlərimizə, qazilərimizə dərin ehtiramını bildirib, müharibə iştirakçısı olan həmkarlarımıza uğurlar arzu edib.

Anım mərasimində çıxış edən veteranlar keçdikləri döyüş yolundan söhbət açaraq, onlara göstərilən diqqət və qayğıya görə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki