image-1backend

Peter Stano: Aİ Ermənistanla hərbi təlimlər keçirməyi planlaşdırmır

image-reklam_sirab_01

Avropa İttifaqı Ermənistanla hərbi təlimlər keçirməyi planlaşdırmır. Vətəninfo.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Avropa İttifaqının (Aİ) Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə aparıcı sözçüsü Piter Stano deyib.

Aİ Ermənistanla birgə hərbi təlimlərin keçirilməsi imkanını nəzərdən keçirmir. Stano bildirib ki, Aİ hərbi ittifaq deyil, o, siyasi və iqtisadi dəyərlər birliyidir.

O əlavə edib ki, Avropa İttifaqı Ermənistan hərbçilərinə Aİ-yə üzv dövlətlərin ərazisində təlim keçməyi planlaşdırmır.

Stano bildirib ki, Avropa İttifaqı “qeyri-öldürücü formatda” Avropa Sülh Fondu vasitəsilə Ermənistan ordusuna yardım göstərmək imkanlarını araşdırır, lakin hələlik konkret həll yolları yoxdur.

Bəzi analitiklər Qərb dövlətlərinin Ermənistan istiqamətində aktiv fəaliyyət göstərəcəyini gözləsələr də, reallıqda vəziyyət fərqli ssenaridə inkişaf edir. Xüsusən də Almaniya Ermənistanla hərbi əməkdaşlığı əhəmiyyətli dərəcədə artırmağı planlaşdırmadığını gizlətmir. Bundestaqın müdafiə komitəsinin üzvü Yan Nolte “İzvestiya”ya bildirib ki, Almaniya parlamenti Ermənistana silah verilməsi imkanını nəzərdən keçirmir.

Nolte qeyd edib ki, Almaniya hakimiyyəti Ukraynaya silahla dəstəyi davam etdirmək istəyir və indiki vəziyyətdə bu, onsuz da çətindir. İsrail və Qəzzada vəziyyətin necə inkişaf edəcəyi də bəlli deyil, deyə o əlavə edib və Almaniyada kiminsə Ermənistana silah vermək istədiyini düşünmədiyini qeyd edib; ən azından müdafiə komitəsinin gündəliyində yoxdur.

İndi Almaniya Ermənistana humanitar və diplomatik dəstək verməklə məhdudlaşıb. Noyabrın əvvəlində Berlin Dağlıq Qarabağdan Ermənistandakı qaçqınlara kömək üçün 9,3 milyon avro ayırmağı öhdəsinə götürmüşdü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki