Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir.
Vətəninfo.az xəbər verir ki, səfərin 2-ci günü Buxara şəhərində davam edəcək.
Səfərin işıqlandırılması üçün media heyəti artıq Buxara şəhərindədir.
***
Hazırda Buxara Hava Limanında Azərbaycan Prezidentinin qarşılanması üçün hazırlıqlar görülür.
***
Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hava limanında alqışlarla qarşılanıb.
***
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Buxara şəhərinə gəliblər.
Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.


























