image-reklam-veteninfo
image-1backend

Putin NATO-ya bu tarixdə hücum edə bilər – ISW

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putinin NATO-ya qarşı mümkün hərbi əməliyyata daha erkən başlama ehtimalı ilə bağlı narahatlıqlar artır.

Bu barədə Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri məlumat yayıb.

Ekspertlərin fikrincə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri Rusiyanın yaxın gələcəkdə NATO-ya qarşı hər hansı əməliyyata hazırlaşa biləcəyi ehtimalını gündəmə gətirir.

ISW analitikləri Rusiyanın yaxın vaxtlarda NATO ölkələrindən birinə tammiqyaslı hücum başlatması ehtimalının aşağı olduğunu bildirirlər.

ABŞ kəşfiyyatının əvvəlki qiymətləndirmələrinə görə, Rusiyanın NATO-ya qarşı mümkün hərbi addımı “növbəti bir neçə il” ərzində baş verə bilər. Lakin Retkliffin Moskvaya səfərinin xarakteri daha qısa müddətli risklərlə bağlı narahatlıqların mövcudluğundan xəbər verə bilər.

Analitiklər qeyd edirlər ki, bu cür səfərlər adətən yüksək həssaslıq və strateji əhəmiyyət daşıyan məsələlərin müzakirəsi ilə əlaqələndirilir.

ISW bu səfəri MKİ-nin keçmiş direktoru Uilyam Börnsün 2021-ci ildə Moskvaya səfəri ilə də müqayisə edib. Həmin vaxt Rusiya artıq Ukrayna sərhədləri yaxınlığında qoşunlarını genişmiqyaslı şəkildə cəmləşdirirdi.

Hazırda isə Rusiyanın Baltikyanı ölkələrə yaxın ərazilərdə buna bənzər genişmiqyaslı hərbi hazırlıq apardığını göstərən sübutların olmadığı bildirilir.

Rusiya məhdud əməliyyata əl ata bilər
Bununla belə, ekspertlər Rusiyanın Baltikyanı ölkələrə qarşı hava zərbələri və ya məhdud sayda qüvvə ilə quru əməliyyatı həyata keçirməsi ehtimalını istisna etmirlər.

Analitiklərin fikrincə, belə bir əməliyyatın həyata keçirilməsi 2021-ci ildə Ukrayna sərhədlərində müşahidə olunan səviyyədə böyük qoşun kontingentinin toplanmasını tələb etməyə bilər.

Lakin hazırda Vladimir Putinin belə bir əməliyyatın keçirilməsinə dair konkret qərar qəbul edib-etmədiyi məlum deyil.

Rusiya rəsmiləri NATO ölkələrinə mümkün hücum planlarını qəti şəkildə rədd edirlər. ISW isə bu açıqlamaların Rusiyanın informasiya və psixoloji müharibəsinin bir hissəsi ola biləcəyini və Kremlin real niyyətlərini əks etdirməyə biləcəyini bildirir.

Analitiklər xatırladırlar ki, Moskva 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində Ukraynaya qarşı genişmiqyaslı müharibə planlarını da dəfələrlə təkzib etmişdi.

Ekspertlərin fikrincə, Kreml NATO-ya qarşı mümkün hərbi addımlar barədə bilərəkdən qeyri-müəyyənlik yarada bilər. Məqsəd alyans ölkələri arasında qorxu yaratmaq və onların kollektiv müdafiə ilə bağlı qərar qəbul etməsini çətinləşdirmək ola bilər.

Bu strategiyanın Ukraynaya Qərb ölkələri tərəfindən silah tədarükünə də təsir göstərə biləcəyi vurğulanır.

NATO-nun mümkün cavabı ilə bağlı fikir ayrılıqları
ISW analitiklərinin qənaətinə görə, NATO ölkələri Rusiyanın mümkün hücumuna hansı formada cavab verilməsi məsələsində hələ tam razılığa gələ bilməyiblər.

Kremlin də məhz bu fikir ayrılıqlarından istifadə edərək NATO-nun mümkün reaksiyasını məhdudlaşdıracağını düşündüyü strategiyaya üstünlük verə biləcəyi ehtimal olunur.

Ekspertlər hesab edirlər ki, belə bir ssenarinin reallaşması Rusiyaya NATO-nun çəkindirmə qabiliyyətinə və etibarlılığına zərbə vurmaq imkanı verə bilər.

ABŞ-da Rusiyanın hücumu ilə bağlı fərqli mövqelər
ABŞ kəşfiyyatı Rusiyanın NATO-ya qarşı mümkün hərbi addımları ilə bağlı yeni qiymətləndirmə təqdim edib. Bununla belə, ABŞ Prezidenti Donald Tramp belə bir hücum ehtimalını ciddi təhlükə kimi qiymətləndirmədiyini bildirib.

Tramp həmçinin MKİ rəhbəri Con Retkliffin Moskvaya səfərini “adi iş” kimi xarakterizə edib.

“The Wall Street Journal” isə Rusiyanın NATO-ya qarşı hərbi addım ata biləcəyi ehtimalını araşdırıb. Nəşrin yazdığına görə, Putin Avropanın siyasi birliyini zəiflətməyə çalışa bilər.

Məqalədə həmçinin Trampın Rusiya liderinə yönəltdiyi müsbət açıqlamaların Kreml tərəfindən ABŞ-ın zəifliyi kimi qəbul edilə biləcəyi ehtimalı irəli sürülüb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki