image-eb14466f-a5d0-314e-8631-6712532f9c9b_850backend

Putin: “Rusiyanın OPEC+-dakı fəaliyyəti dünya bazarlarını sabitləşdirməyə yönəlib”

image-reklam_sirab_01

“Rusiyanın OPEC+-dakı fəaliyyəti dünya bazarlarını sabitləşdirməyə yönəlib”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu tədbir (OPEC+un gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarı – Red) kiməsə problem yaratmaq məqsədilə atılmayıb:

“Bizim fəaliyyətimiz dünya enerji bazarlarında sabitliyin yaradılmasına yönəlib ki, həm enerji resurslarının istehlakçıları, həm də mədən hasilatı ilə məşğul olanlar, dünya bazarlarına tədarükçülər özlərini sakit, sabit və inamlı hiss etsinlər”.

Oktyabrın 5-də OPEC+ ölkələri gündəlik neft hasilatını 2 milyon barel azaltmağa səs verib. Ağ Ev ABŞ prezidenti Cozef Baydenin bu qərardan məyus olduğunu bildirib və ABŞ Dövlət Departamenti təşkilatın hərəkətlərinə cavab verməyə hazırlaşdıqlarını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki