image-1backend

“Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin”

image-reklam_sirab_01

“Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib.

Deputat vurğulayıb ki, cavan qızlar ana olmaq istəmirlər: “Ailə məsələsi, gender proqramları, ailə institutunun nizamlanması və s. nəyə xidmət edir, hansı gizli layihənin bir hissəsidir, başa düşə bilmirəm. Uşaqpulunu kəsməklə o proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır.

Rayonlardan gəlmiş müraciətlər var. Veteranlar yazır ki, 65 yaş çoxdur, təqaüd yaşı 60-a endirilsin. Ümumiyyətlə anaların, qadınların təqaüdə çıxmaq yaşını irəli çəkmək lazımdır. Dövlət idarələri bu barədə düşünsün. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksək rəqəmdir. Biz deyirik, uzunömürlülər vətəni, amma bu artıq nağıl kimi keçmişdə qaldı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki