image-waving-iran-flag-above-skyline-of-tehran-at-sunsetbackend

Qafqaz dövlətlərindən heç biri İranı bölgədə yaranacaq boşluğu dolduracaq qüvvə kimi görmür-CƏMALƏDDİN QULİYEV YAZIR

image-reklam_sirab_01

Ermənistan baş naziri Nikol Paşiniyanın tehrana səfəri bir neşə məqamla diqqət çəkir.

Soçi görüşü ərəfəsi İran və Rusiyanın Cənubi Qafqazda Qərbin fəallaşmasının qarşını almaq üçün diplomatik fəallıqlarını uzlaşdırma cəhdləri artmışdı, buna müəyyən qədər də nail olurdular. Hələ 2020 ci ilin məşhur “şeir qalmaqalı”ndan sonra İran parlamentində Azərbaycan və Türkiyə əleyhinə addımlar atarkən Fransa ilə sinxron davranmaq haqda çağırışlar edilirdi. Son hadisələr göstərir ki, bunlar sadəcə çağırış olmayıb, praktiki nəticələri də var. Fransanın mövqeyini Qərbin mövqeyindən hər halda ayırmaq lazım gəlir.

Lakin Soçi görüşü ilə bağlı yaradılmış ajiotajın necə yatdığını, yaradılmış süni ümidlərin puça çıxdığının şahid olduq.

Praqa prosesi davam edir, Azərbaycan və Ermənistan arasında sülh əldə ediləcəksə, o prosesdən kənar olmaycaq.

İranın indiki fəallığından məqsəd Rusiyanın bölgədən tədricən çəkilməsi fonunda yarana biləcək boşluğu doldurmağa qadir qüvvə olduğunu nümayiş etdirməkldir. Və bu, ilk belə təşəbbüs deyil. Hələ Sovet İttifaqı dağılandan dərhal sonra İranın Qafqazda və Mərkəzi Asiyada yeni regional güc kimi ortaya çıxma cəhdlərini də, bu cəhdlərin bölgəyə verdiyi zərərləri də izləmişik. Azərbaycanlılar İranın vasitəçilik missiyasının, sərhədlərin dəyişilməzliyi haqda bəyanatlarının 1992-ci il mayında nə ilə yekunlaşdığını gözəl xatırlayır, ozamankı Rəfsancani hökumətinin Ermənistandan qoşunları işğal olunmuş ərazilədən çıxarılması haqda “növbətçi” bəyanatını və o bəyantdan sonra Ermənistanla ticarət əlaqələrini , ocümldən işğal olunmuş ərazilərin qarəti hesabına genişləndirlməsini də unutmamımışıq.

Rəisinin Paşinyanla görüşdə Qafqazı İran sivilzasiya, tarixi və mədəniyyətinin bir parçası elan etməsi keçmişlə bağlı yanlış miflərlə bəslənmiş cəmiyyət-İranın paniranizmdi din səviyyısinə qaldırmış daxili auditroriyası üçün mraaqlı ola bilər.Bir azərbaycanlı, bir gürcü, hətta bir erməni niyə onun tarixini, mədniyyətini inkar edən bir dövlətin yanında yer almaq haqda fikirləşməlidir ki?

Yenidən bölgəyə yad oyunçular buraxılmayacağı haqda gurultulu bəyanatlar isə nə inandırıcı, nə də real deyil. Ən əsası, Qafqaz dövlətlərindən heç biri İranı bölgədə yaranacaq boşluğu dolduracaq qüvvə kimi görmür. Paşinyanın, ya hansısa erməni rəsmisinin İranlı həmkarlarınn hüzurunda səsləndirdiyi kompilmentlər qulağı xoş gələ bilər, amma hər hansıə real məzmun daşımır.

Kiominsə istəyib istəmdəyindən asılı olmayaraq yad oyunçu saydıqları Qərb, türkiyə və İsrail çox milyradlıq investisiya layihələri, insan resursları ilə işləmə potensialı və bacarığı ilə çoxdan bölgəyə daxil olub. Qafqaz ölkələrinin İranla və Qərblə ticari-iqtisadi , eləcə də təhsil və mədniyyət sahələrində əlaqələrinin müqayisəsi real mənzərəni təqdim edir və əlavə şərhə də

Təəssüf ki, İran diplomatiya, qarşlıqlıqlı əməkdaşlqı yolu deyil, daha çox şantaj və təhdid yolu seçib. Paşinyanın Tehrana səfərinin davam etdiyi vaxt İran Prezidenti İbrahim Rəisinin siyasi məsələlər üzr köməkçisi Məhəmməd Cəmşidi Tvitter səhifəsində Azərbaycana ünvanlnmış tvit atıb. Tvitdə deyilir ki, İran islam torpaqlarının azad olunub Azərbaycanın tərkibinə qayıtmasını alqışlayıb, lakin özgə torpaqların istismarı da işğaldır. Özgə torpaqlarının istismarı deyərkən Zəngəzur dəhlizinin istifadəyə verilərək istismara açılması haqda Azərbatcanın təlblərinin qəsd edildiyi şübhəsizdir.

Xüsusi olaraq

Vətəninfo.az üçün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki