“Qanunsuz birləşmələr təslim olmasa, ordumuz əməliyyatın ikinci mərhələsinə keçəcək…”
“Hesab edirəm ki, onlar hadisələrin belə dönüşünə hazır idilər, çünki Azərbaycan hər bir dövlət kimi öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin və “boz” zonaların olmasına dözə bilməzdi və buna görə də hazırda beynəlxalq Bakıya qarşı qətiyyətli addım atmırlar…”
“Ermənilərin 60-dan çox mövqeyinin ələ keçirildiyi bildirilir. Məndə olan məlumata görə, Azərbaycan ordusu şimalda – Ağdərədə, şərqdə – Xocalıda, cənubda – Xocavənddə müxtəlif istiqamətlərdə irəliləyir. Ən azı 10 kənddən erməni sakinlər təxliyə edilib.”
Vətəninfo.az xəbər verir ki, bunu Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli “Kavkazskiy uzel” müxbirinə Qarabağın dağlıq hissəsində lokal antiterror əməliyyatı aparan Azərbaycan qoşunlarının irəliləyişini diqqətə çatdırarkən söyləyib.
Onun sözlərinə görə, əgər Qarabağın dağlıq hissəsindəki qanunsuz hərbi birləşmələr tərksilah şərtlərini qəbul etməsələr, o zaman Azərbaycan qoşunları əməliyyatın ikinci mərhələsinə – ərazinin təmizlənməsinə keçəcək.
“Sentyabrın 19-da hələlik əmassız döyüşlər gedirdi. İndi hərbi infrastruktur və müdafiə istehkamları dağıdılandan sonra erməni birləşmələrinin qalıqları tamamilə müdafiəsiz vəziyyətdə olub”, – Sümərinli belə deyib.
Ekspert hesab edir ki, Yuxarı Qarabağda Azərbaycan ordusunu məğlub etməyə qadir qüvvələr yoxdur.
“Ermənistan və Rusiya Azərbaycan Silahlı Qüvvələrinə maneçilik törədə bilərdi. Lakin Ermənistan Azərbaycan ərazisinə daxil olmayacağını bəyan etdi. Rusiya da müdaxilə etmir. Beynəlxalq ictimaiyyət və xüsusən də Qərb dövlətləri daha çox yalnız gərginliyin azaldılması çağırışları ilə qane olurlar. Hesab edirəm ki, onlar hadisələrin belə dönüşünə hazır idilər, çünki Azərbaycan hər bir dövlət kimi öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin və “boz” zonaların olmasına dözə bilməzdi və buna görə də hazırda beynəlxalq Bakıya qarşı qətiyyətli addım atmırlar”,- deyə Sümərinli vurğulayıb.