Tarzən Arslan Növrəsli Qarabağ Uviversitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasına müdir təyin olunub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmr imzalayıb.
Arslan Növrəsli tar aləti ifaçılığı tarixində ilk dəfə olaraq harmonik jazz standartları tətbiq edərək alətin ifa imkanlarını daha da genişləndirmiş tarzəndir. O, Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının bakalavr və magistr pillələrini tar ixtisası üzrə bitirib.