image-003backend

Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir

image-reklam_sirab_01

Xalqımız 44 günlük Vətən müharibəsində böyük hünər və həmrəylik göstərərək tarixi qələbə çaldı və 30 illik Qarabağ həsrəti sona çatdı. Hazırda isə qarşıda yeni vəzifələr durur. Bu vacib vəzifələrdən biri şəhid və qazi ailələrinə yüksək dəstəyi təmin etmək, onları daimi diqqət və qayğı ilə əhatə etməkdən ibarətdir.
Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir və Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə başçısının siyasətinin əsas istiqamətlərindən biridir.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış “YAŞAT” Fondu ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatını daim diqqətdə saxlayacaq. “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət” də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.
Bu fondun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma ruhunun möhkəmlənməsinə mühüm töhfə verir. Qazandığımız tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.
Müharibədən az bir müddət keçməsinə baxmayaraq, şəhidlərimizin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslərlə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlər əsasən məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi istiqamətlərindədir.
Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.

image-003

image-005

Aysel Mənsimova – YAP üzvü

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki