image-qenirebackend

Qənirə Paşayeva vaxtı keçmiş məhsullarının satışından şikayətlənib

image-reklam_sirab_01

“Qida təhlükəsizliyinin pozulması ilə bağlı qanunun tətbiqi əsasdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında . “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, bu qanunu pozanlar üçün cəzalar çox sərt olmalıdır: “Bu gün bir çox şəhərdə mağazalarda vaxtı bitmiş məhsulları endirimli məhsul kimi verirlər, ya da məhsulun istifadə müddətinin bitməsinə isə 1-2 gün qalmış olur. Mağazalarda vaxtı keçmiş qidaları reklamla satırlar, Bunun qarşısı alınmalıdır. Kasıb insanlar gəlib bu endirimli məhsulu alır. Amma cəza tədbirlərinin daha geniş qanun layihəsində əksini tapmasına böyük ehtiyac var. Burada əhalinin məhz sağlamlığı və genefondla bağlı məsələlər var”

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, bu məsələ layihənin 36-cı maddəsində əksini tapıb: “Qanunun qəbulundan sonra deputatlar israr edərsə, bu məsələyə yenidən baxıla bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki