image-bbd9abce-7a2a-3601-8479-cc59911960f1_850backend

Qırğızıstan hərbçiləri KTMT-nin Tacikistanda keçiriləcək təlimində iştirak etməyəcək

image-reklam_sirab_01

Qırğız Respublikasının hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanda keçiriləcək “Sərhəd-2022” birgə təlimində iştirak etməyəcək.

bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirib.

Məlumata görə, nazirlik əvvəldən bu hərbi tədbirdə iştirak edəcəyini planlaşdırmayıb.

Qeyd edək ki, oktyabrın 10-da KTMT-nin təlimləri başlayıb. Əsas diqqət “KTMT üzvü olan ölkəyə nüfuz etməyə çalışan qeyri-qanuni silahlı birləşmələrlə mübarizə bacarıqları”nın artırılmasına yönəldiləcək. Təlimin əsas hissəsi oktyabrın 17-21-də Tacikistanın paytaxtı Düşənbədən 140 km cənubda yerləşən Xarbmaydon poliqonunda keçiriləcək. Təlimlərdə 1 000-ə yaxın şəxsi heyət və 300-dən çox hərbi texnika, o cümlədən təyyarələr, helikopterlər və PUA-lar iştirak edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki