image-img_20210503_161342_032backend

“Qızıl Əsgər” şəhid bulağı kompleksi istifadəyə verilibKönül Nurullayevanın təşəbbüşü ilə

image-reklam_sirab_01
Millət vəkili Könül Nurullayevanın təşəbbüşü və təşkilatçılığı ilə inşa edilən “Qızıl Əsgər” şəhid bulağı kompleksi istifadəyə verilib

Millət vəkili Könül Nurullayevanın təşəbbüsü və təşkilatçılığı ilə inşa edilən “Qızıl Əsgər” şəhid bulağı kompleksi Nizami rayonu sakinlərinin istifadəsinə verilib. K.Nurullayevanın rəsmi sosial şəbəkələrindən əldə etdiyimiz məlumata əsasən, millət vəkilinin Novruz bayramı öncəsi keçirdiyi səyyar görüş zamanı bir qrup bina sakini Bakı şəhəri Nizami rayonu şəhidi Məmmədov Zəbiyullanın xatirəsinə ithaf olunmuş şəhid bulağının yaradılması üçün deputata müraciətlər edib.

image-img-20210503-wa0065

Şəhidimizin uca xatirəsini əziz tutan K. Nurullayeva sakinlərin müraciətlərini dərhal nəzərə alıb, qısa zamanda yeni bulaq kompleksinin yaradılması qərarını verib. İşlərin sürətlə və keyfiyyətli həyata keçirilməsinə nəzarət etmək məqsədilə ötən müddət ərzində şəhid bulağı kompleksinin yaradılacağı ünvana mütəmadi səfərlər edib, tikinti işləri ilə davamlı maraqlanıb.

Gənc şəhid Məmmədov Zəbiyullanın xatirəsinə ithaf olunmuş “Qızıl Əsgər” şəhid bulağı kompleksi artıq bina sakinlərinin istifadəsinə verilmişdir. Millət vəkili K. Nurullayeva şəhid Zəbiyullanı bina sakinləri, əzizləri və doğmaları ilə birgə bulaq başında yad edib, onun simasında Allahdan bütün şəhidlərimizə rəhmət diləyib, doğma ailəsi və komandiri ilə görüşüb, şəhidin qəhrəmanlıq hekayəsini onların dilindən dinləyib.

Deputat həmçinin bildirib: “Belə bir bulağın ərsəyə gəlməsində təşəbbüşkar olmaq mənim üçün sonsuz qürur mənbəyidir, vətənim və şəhidlərimiz qarşısında bir vətəndaş kimi kiçik də olsa mənəvi borcumu yerinə yetirmək istəyimdir. Əlbəttə, şəhid vətən oğulları və qazilərimiz üçün nə etsək, azdır, biz heç bir zaman torpaqlarımızı düşmən tapdağından azad edən   igidlərimizin borcunu ödəyə bilmərik.”
Millət vəkili şəhid bulağının Zəbiyullanın ailəsi üçün vətən oğullarından kiçik bir xatirə, Nizami rayonu sakinləri üçün böyük qürur mənbəyi, gələcək nəsillər üçün isə bir yadigar və örnək olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, bulağın inşası, eyni zamanda, sakinlərin həyətyanı sahə ərazisində su probleminin həll edilməsinə də töhfə verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki