image-367128_res_01backend

QURTULUŞUN MÜBARƏK, ŞUŞA!

image-reklam_sirab_01

“Şuşanın dağlarının başındakı duman artıq dərdli deyildir” dedi Rəcəb Tayib Erdoğan. Bir türk oğlu bu kəlmələri belə qururla səsləndirə bilərdi ancaq. Tarix boyu başı bəlalı, ürəyi dərdli oldu 269 yaşlı Şuşamın. Tamahkarların tamahında, hiyləgərlərin amalında yaşadı . Alınmaz qalanı almaq istədilər bizdən. Aldılarmı? Ala bilmədilər. Şuşa fatehi, dünyəvi lider İlham Əliyev çıxışlarında “Biz tarixi torpaqlarımıza qayıdacağıq” dedi və sözünü tutdu. Bizə şuşalı Azərbaycanı daddırdı. Mən hələ Şuşada olmamışam. Şuşasız yaşamağın nə olduğunu Şuşalılar qədər anlamaram bəlkə də. Fəqət, hansı azərbaycanlı oldu ki, Şuşa adı gələndə gözü dolmasın? Elə bir azərbaycanlı göstərin ki , Qarabağ deyəndə əsir düşmüş qız gəlinlərimiz üçün yanmasın, Qarabağımız üçün ürəyi dağlanmasın. Uşaqlığımda itirdim mən Qarabağı. Gəncliyimi gəncliyi yarım qalmış gənclərin məzarı başında başı aşağı dayanıb göz yaşı axıtmaqla yaşadım. Bu gün də yenə gəncliyini qurban verən vətən oğullarının qanı ilə göyərən müstəqilliyimizin bütövlüyü qürurla döyündürür ürəyimizi. Bu gün Şuşa bütün Azərbaycan boydadı. Bu gün bütün azərbaycanlılar şuşalıdır.
İSTİQLALIM , SƏN NƏ QƏDƏR DADLISAN!
Səni babamın xatirələrində dinləmişdim, nənəmin nağıllarında duymuşdum, şairlərin şeirlərində tanımışdım, amma həyatda dadmamışdım. İstiqlalım, sən nə qədər dadlısan!
44 gecə yatmayan əsgər analarının ağarmış saçındadı istiqlalımız. Bir ömür ağrısı dinməyəcək şəhid analarının gözünün yaşındadı istiqlalımız.
“Fəxr edirəm ki, oğlum şəhadətə yüksəldi!” deyən ataların qürurundadı iİstiqlalımız.
30 il öncə uzunmüddətli əsarətdən qurtulub istiqlalına yenidən qovuşarkən haqsızlığa və təcavüzə uğrayan xalqımızın illər boyu davam edən ədalətsizliyə 44 günlük Vətən müharibəsində son qoyaraq, 44 gün əsgər valdeyini kimi yatmayan Prezident İlham Əliyevin dəmir yumruğundadı istiqlalımız!
Tanrı Qarabağı gözəl yaratdı
Tanrı gözəl torpaqları çiçəklənməyə, göyərdilməyə yaratdı. Şumlayıb mina əkməyə, dağıdıb –tökməyə, can alamağa yox!
Tanrı Qarabağı gözəl yaratdı. Qarabağ isə çox gözəl gözlər ağlatdı. Ürəklərdə yanğı, dillərdə ağı oldu. Bulaq suyu ilə yuyunub, gül-çiçək ilə güləsi torpaqlarda mina əkildi, qan ilə suvarıldı, ah-nalə becərildi. Nə haqqın var Ermənistan 102 illik qondarma boyunla mənim anamı ağlatmağa? Bacıma qara bağlatmağa?
Ay bədbəxt, nə qədər acizsən. 97 min mina əvəzinə 97 min ağac əksəydin bəlkə kimsə inanardı sənin “mənim” nağıllarına. Özün öz əməlinlə təsdiq edirsən ki, bu torpaqlar sənin deyil. Özün hələ də susan dünyaya bütün üzünü açıb göstərirsən. Sən heç kimsən. Uşaq qatili, jurnalistlərə qıyan terrorist, təbiəti zəhərləyən həşərat, indi dünya başqa dünyadır. Türk liderləri Qarabağa öz gözəlliyini qaytaracaq. Cıdır düzündə Qarabağ atları yarışa düzüləcək. Nəinki, Azərbaycan bütün dünya Qarabağla çiçəklənəcək. Xarı bülbül tək Qarabağı, Azərbaycanı deyil, bütün dünyanı bəzəyəcək.
ŞUŞA FATEHİ , ETİBARLI QARDAŞ, ŞUŞA ZƏFƏRİ VƏ NƏHAYƏT ŞUŞA SƏFƏRİ
“Qarabağı yakıb yıkmışlar” Füzuli torpağına ayaq qoyan kimi Ərdoğanın ilk sözləri bu oldu. Bəli, bu torpaqlarda sadəcə torpaq nəfəsi qalıb. Ailə istisi, ocaq hənirtisi, baca tüstüsü heç nə qalmayıb. Qısa zamanda bunlar hamısı yaranacaq. Evlərdə od – ocaq qalanacaq.
Iki böyük türk liderinin imzaladağı Müttəfiqlik haqqında ŞUŞA Bəyannaməsi Müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək, qarşılıqlı hərbi yaddım türk qartallarını bir az da coşduracaq. Qardaş Türkiyənin Şuşada konsulluq açması düşmənlərin gözünü çıxardacaq. “Biz bir millət, iki dövlətik. Rəhmətlik babam demiş” deyə ulu öndər Heydər Əliyevin məşhur kəlamını xatırlatmaqla və “Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi əbədidir” deyərək bütün dünyaya mesaj yolladı İlham Əliyev. Azərbaycan – Türkiyə əməkdaşlığı bölgənin gələcək inkişafı və təhlükəsizliyində mühüm rol oynayacaqdır.
15 iyun . Qayalar başında aslanlar görüşü. Rəcəb Tayib Erdoğanın Qarabağa ilk səfəri. 100 il bundan öncə imzalanmış Qars müqaviləsinə əsaslanan yeni Bəyannamə Türk dünyasına həm siyasi, həm iqtisadi dirçəliş gətirəcəkdir. Zəngəzur dəhlizində işıqlar yanacaqdır. Şuşa Bəyannaməsi keçmişə sadiqlik, gələcək üçün yol göstəricisidir.
“Qarabağ zalımların əlindən xilas oldu” dedi R.T.Ərdoğan. Qarabağa xoş gəldin türkün oğlu! Əlbətdə, Türkün ayağı dəyən yerdə istiqlal bitər! Gözəl dedin cənab rəis “Bizim gücümüz Azərbaycanın gücüdür. Azərbaycanın gücü bizim gücümüzdür!”
Igid ayaqlarına həsrət qalmış Qarabağ torpaqları, bizi göylərdən izləyən şəhid ruhları, və nəhayət Azad Şuşamız, Qurtuluşun mübarək!
Nəsibə Nəsib qızı
Azərbaycan Respublikası
Dövlət Arxivi Şirvan filialının aparıcı mütəxəssisi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki