image-img-20210428-wa0018backend

Rəsmi İrəvanın işğalçı siyasətinə son qoyuldu

image-reklam_sirab_01

30 ilə yaxın davam edən, Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, dövlətçilik tarixi minilliklərlə ölçülən böyük xalqımızın birliyi və dəstəyi, genrali ilə əsgərinin eyni səngərdə dayanıb sinəsini düşmən gülləsinə sipər edən, Vətənimizin hər qarış torpağı üçün canından, qanından keçən rəşadətli ordumuzun şücaəti sayəsində düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad olundu.
Ərazi bütövlüyü beynəlxaq hüququn əsas prinsipidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymaraq təxribatlarını, əsassız iddialarını, sərsəm bəyanatlarını davam edirməklə himayədarlarından aldığı maddi və mənəvi dəstəyi arxalanaraq işğalçılıq siyasətlərini davam etdirmək niyyətlərindən əl çəkmək istəmədilər. Azərbaycan bu illər ərzində münaqişənin sülh yolu ilə həll olunması üçün bütün vasitələrdən istifadə etdi və bu illər ərzində dünyadan bu münaqişənin həllinə ədalətli yanaşma gözlədi. Azərbaycan dövlətinin 30 ilə yaxın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarına üstünlük verdiyi atdığı addımlardan da aydın görünür.
Təəssüflər olsun ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmədi, beynəlxalq hüquqn norma və prinsiplərinə məhəl qoymadı. Azərbaycanın işğal altında olan torpaqlarını sulh yolu il geri qaytarmadı. Nüfuzlu beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri bəyanatlar kağız üzərində qaldı. İkili siyasətin yaratdığı problemlər göz önündədir. Prezident İlham Əliyevin vuğuladığı kimi, bəzən qətnamələr bir-iki saatın ərzində icra olunur, Azərbaycan isə 30 ilə yaxın bu qətnamələrin icrasını gözlədi.
2020–ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı və Ali Baş Komandan İlham Əliyev əks-hücüm əmri verdi. Ordumuz 30 il ərzində işğalçı erməni ordusunun qurduğu keçilməz istehkamları aşaraq 44 gün ərzində işğal altında olan ərazilərimizin böyük əksəriyyətini azad etdi və üçrəngli bayrağımızı Şuşa qalasından asdılar. Beləliklə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etdi. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan hökuməti sulhə məcbur edildi və 2020-ci il noyabrın 10 da kapitulyasiya aktını imzaladı.Tarixi Azərbaycan torpaqları olan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atilmadan işğalçılardan təmizləndi. Beləliklə ölkə başçısının dediyi kimi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sona çatdı, münaqişə tarixə qovuşdu.
Bu günümüzün reallığı budur ki, diplomatiya müstəvisində uğur qazanan Azərbaycanın güclü, qüdrətli ordusu qələbə çaldı və tarixi torpaqlarımızı öz əzəli sahiblərinə qaytardı.
Aprelin 26-da Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışında qeyd etdiyi kimi indi Azərbaycan dövlətinin və xalqının qarşısında duran əsas məsələ daşı daş üstündə qalmayan, erməni vandalları tərəfindən yerlə yeksan edilən, viran qoyulan kəndlərimizi, qəsəbələrimizi, şəhər və rayonlarımızı yenidən bərpa etmək, onlara yeni həyat verməkdir. Artıq bu quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Qarabağın hər qarışı yenidən dirçəldiləcək, hər daşı yenidən tikiləcək, ora yenidən həyat qayıdacaq.

Könül Əfəndiyeva – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki