image-1backend

Rusiya-Gürcüstan sərhədində 700-dən çox avtomobil toplanıb

image-reklam_sirab_01

Əlverişsiz hava şəraitinə görə bağlı olan Lars yolunda 700-dən çox maşın qalıb. Vətəninfo.az-ın in məlumatına görə , bu barədə TASS-a Şimali Osetiya dövlət avtomüfəttişliyindən məlumat verilib.

“Növbədə 600-dən çox yük maşını və 100-dən çox sərnişin maşını var”, – agentliyin həmsöhbəti bildirib.

Noyabrın 19-dan hava şəraitinin pisləşməsi ilə əlaqədar yol bütün növ avtomobillərin hərəkəti üçün bağlanıb.

Lars yolu Vladiqafqazdan Tbilisiyə Baş Qafqaz dağ silsiləsi ilə aparır, Rusiyanı Gürcüstan və Zaqafqaziya ilə birləşdirir. “Kazbegi-Yuxarı Lars” keçid məntəqəsi Gürcüstan-Rusiya sərhədində yeganədir.

Rusiya hissəsində isə marşrut Şimali Osetiya ərazisindən keçir. Qışda hava şəraitinin pis olması səbəbindən yol tez-tez bağlanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image