image-1backend

Rusiya məşhur müğənninin bütün əmlakını satışa çıxartdı

image-reklam_sirab_01

Ukrayna əsilli məşhur rus müğənnisi Sofiya Rotarunun Krımda malik olduğu daşınmaz əmlak böyük ehtimalla milliləşdiriləcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Şurasının üzvü, senator Sergey Tsekov bildirib.

“Sofiya Rotarunun Yalta çimərliyindəki villasının milliləşdirilməsi məsələsi uzun müddətdir ki, gündəmə gətirilir. Sənətçinin Rusiya əleyhinə bəyanatlar verməyə və Ukrayna Silahlı Qüvvələrini dəstəkləməyə dəfələrlə icazə verməsi Krım rəhbərliyinin və müvafiq qurumların onun əmlakının milliləşdirilməsinə çalışdığını söyləməyə kifayət edir. Çox güman ki, həmin villa satışa çıxarılacaq”, – deyən Tsekov satışdan əldə olunan gəlirin Rusiya-Ukrayna müharibəsində iştirak edən hərbçilərin dəstəyinə gedəcəyini bildirib.

Bir neçə gün əvvəl Krımın Terrorla Mübarizə Komissiyasının Rotaruda daşınmaz əmlakın milliləşdirilməsi üçün sənədlərin hazırlanması prosesinə başladığı məlum olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki