image-reklam-veteninfo
image-1backend

Rusiya Odessaya kütləvi raket və PUA hücumu edib

image-reklam-veteninfo

Ukraynanın Odessa bölgəsi kütləvi raket və pilotsuz təyyarə hücumuna məruz qalıb, ərzaq anbarları və enerji infrastrukturu zərbələrin əsas hədəfi olub.

Vətəninfo.az xəbər verir ki, zərbələr nəticəsində fərdi evlərə ziyan dəyib və yanğınlar başlayıb. Rusiya Müdafiə Nazirliyi Odessa bölgəsindəki Yujnıy limanına zərbə endirildiyini bildirib. Məlumata görə, bir yanacaq tankeri, beş yanacaq çəni, ikili məqsədli avadanlıqların saxlanıldığı 10 anbar, liman infrastrukturu obyektləri və limanın fəaliyyətini təmin edən PS-330 Adjalik elektrik yarımstansiyası zədələnib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki